13 C
Baku
Thursday, September 19, 2024

Azərlotereya qanunsuz oyunlarla bağlı xəbərdarlıq etdi – Uduşlar ödənilmir

Azərlotereya qanunsuz oyunlarla bağlı xəbərdarlıq edib.

Banker.az xəbər verir ki, bu baradə Şirkətin açıqlamasında bildirilib.

Şirkətdən bildirilib ki, “Qanunlar çərçivəsində təşkil edilməyən oyunlarda uduşlar sizə ödənilmir və siz qanunun və dövlətin dəstəyindən məhrum olursunuz.

Qanuni oyunlarda qazanılmış uduşlar isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

Məsələn, “Lotereyalar haqqında” qanunun 6.9.-cu maddəsinə uyğun olaraq, uduş “Azərlotereya” tərəfindən uduşlu biletin qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq ödənilməlidir. “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 4.4.-cü bəndinə uyğun olaraq, uduş mərc biletinin uduşa düşdüyü tarixdən etibarən ən geci 10 (on) bank günü ərzində iştirakçıya ödənilir.

Siz qanunsuz oyunlarda iştirak etdikdə, uduşu götürmək üçün müvafiq dövlət orqanı və ya məhkəməyə şikayət edib dövlətdən dəstək almaq imkanından məhrumsunuz”.

 

Son xəbərlər
Digər xəbərlər