Dövlətə məxsus “Azərmaş” ASC-nin törəməsi, əsasən avtomobillərin satış və lizinqini həyata keçirən “Azərmaş” MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə fondu 10 manatdan 10 000 010 manata qaldırılıb.
Xatırladaq ki, “Azərmaş” MMC 2017-ci ildə yaradılıb, onun direktoru Rüfət İsmayılov Abdul oğludur.