3 C
Baku
Saturday, December 14, 2024

“Azərpambıq” 24 mln. manat xalis mənfəət əldə edib

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2021-ci ildə 23.61mln. manat xalis mənfəət əldə edib.

Bu barədə Banker.az “Azərpambıq”ın illik audit hesabatına istinadən xəbər verir.

Hesabat ilində, 168.7mln. manat gəliri olub. İllik müqayisədə gəlirlər 2 dəfə artıb. Şirkətin 131.72 mln. manat satışın maya dəyəri olub, bununla da 36.98mln. manat ümumi mənfəəti olub.

Gəlirlər bütün xərcləri qarşıladıqdan sonra mənfəət vergisindən əvvəlki mənfəəti 29.85mln. manat olmuş, 6.22mln. manat mənfəət vergisi ödəmiş və beləliklə 23.63mln. manat xalis mənfəət əldə ediblər.

1 yanvar 2022-ci il tarixinə bölüşdürülməmiş mənfəəti 23.34mln. manat olub.

665464645

Son xəbərlər
Digər xəbərlər