Bu ilin ilk rübündə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 21.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.
Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında “Azərpambıq” MMC 10.7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, illik müqayisədə bu ilin birinci rübündə 10.5 milyon ABŞ dolları və yaxud 98.1% artım var.