13 C
Baku
Sunday, September 29, 2024

“Azərpambıq” ixracdan gəlirlərini 5 dəfə artırıb

2021-ci ilin fevral ayında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC  5.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilir.

2020-ci ilin eyni dövrü ilə müqayisədə “Azərpambıq”ın ixrac etdiyi məhsulların dəyəri  1.2 milyon dollar olub ki, bu da illik müqayisədə 4 milyon ABŞ dolları  və ya 5 dəfə artım deməkdir.

Qeyd edək ki, “Azərpambıq” 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur.

 

Son xəbərlər
Digər xəbərlər