6 C
Baku
Sunday, December 15, 2024

“Azərpambıq” ixracdan gəlirlərini azaldıb

2022-ci ilin yanvar-avqust aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 50.5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr sayında bildirilir.

2021-ci ilin eyni dövründə isə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracdan gəliri 62.3 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 11.8 milyon dollar və ya 19% azdır.

Xatırladaq ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur.

Son xəbərlər
Digər xəbərlər