23 C
Baku
Tuesday, May 21, 2024

“Azərpambıq”ın 13 milyon dollarlıq gəliri – satışları 3 dəfəyədək artıb

Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 13.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”ndan bildirilib.

İxracdan gələn gəlir illik müqayisədə 8.3 milyon ABŞ dolları və yaxud 3 dəfəyədək artıb.

Qeyd edək ki, ötən ilineyni dövründə “Azərpambıq” MMC 4.9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bildirək ki, “Azərpambıq” 2018-ci ildə yaradılıb. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların satışı ilə məşğul olur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər