2023-ci ilin yanvar-mart ayında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 4.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir.
2022-ci ilin eyni dövründə isə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracdan gəliri 17.8 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 4.3 dəfə və ya 76% azdır.