2023-ci ilin yanvar-aprel ayında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 6.1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir.
2022-ci ilin eyni dövründə isə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracdan gəliri 28.2 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 4.6 dəfə azdır.