2023-cü ilin yanvar-iyul aylarında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 15.1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən xəbər verir.
2022-ci ilin eyni dövründə isə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracdan gəliri 50.3 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 3 dəfədən çox azalıb.