2025-ci ilin yanvar-sentyabr ayında “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 30.3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir.
2024-cü ilin eyni dövründə isə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracdan gəliri 42.6 milyon ABŞ dolları olub. Belə ki, illik müqayisədə gəlirləri 29% azalıb.


 
                                    




