“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib.
Banker.az xəbər verir ki, iddiaya səbəb müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – İcarə müqaviləsi üzrə mübahisələrdir.
“Azərpoçt” MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, “Azərpoçt” MMC 2021-ci ili 5 milyon 439 min manat xalis zərərlə başa vurub.