10 C
Baku
Wednesday, December 11, 2024

“Azərpoçt” MMC-də elektron ticarətlə bağlı geniş platforma hazırlanır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində elektron ticarətlə bağlı geniş platforma hazırlanır. Müəssisədə elektron kommersiyaya dair işlər tətbiq edilir.

Nazirlikdən verilən məlumata görə, http://www.azerpost.az/ üzərindəki yeni xidmətlər istifadəyə verilib. Saytda “İndeks və ünvanların axtarışı”, tam pulsuz xidmət olan “BillPay” üzərindən ödəmələr və digər funksiyalardan istifadə edilə bilər. Ştrix-kod vasitəsilə poçt göndərişlərinin vəziyyətini izləmək mümkündür. Bunun üçün saytda “Poçt göndərişlərinin izlənilməsi” bölməsindən istifadə olunur. Ştrix-kod nömrəsi saytda müvafiq hissəyə daxil olunmaqla göndəriş haqqında ətraflı məlumat alınır. Bağlamanın üzərində telefon nömrəsi qeyd edilərsə, o zaman göndərişin daxil olması ilə bağlı SMS-bildiriş almaq mümkün olur.

Bank kreditlərinin yığımını istənilən poçt şöbəsində həyata keçirmək mümkündür. “Azərpoçt”da daxili pulköçürmələrdən əlavə beynəlxalq təcili pulköçürmələr də fəaliyyət göstərir. Müəssisənin bütün ofislərində dünya pulköçürmə sistemi olan “Western Union”, “CONTACT”, “MİQOM”, “Zolotaya korona” və digərlərindən istifadə olunur. Eyni zamanda, milli poçt Dünya Poçt İttifaqının beynəlxalq şəbəkəsi olan “STEFİ” proqramı əsasında MDB ölkələri ilə poçt mübadiləsi həyata keçirir. Türkiyə ilə pulköçürmə proqramları da tətbiq edilib. Digər ölkələrlə də belə poçt müqavilələri imzalanıb və bu proqramlar elektronlaşma prosesindədir.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər