“Azərpoçt” MMC ödəniş terminalları tədarükçüsünü seçir. Bu barədə şirkətin elanında deyilir.
Banker.az-ın xəbərinə görə, seçim açıq tender üsulu ilə keçirilir. Tenderdə iştirak haqqı 200 manatdır.
Tenderdə zəruri texniki və maliyyə imkanlarına malik olan şirkətlər iştirak edə bilər.
Şirkətlərdən tender təklifləri martın 1-i saat 18:00-dək qəbul olunur. Tender proseduru martın 4-də baş tutacaq.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdudlaşdırılmış lisenziya verib.