8 C
Baku
Thursday, December 12, 2024

“Azərpoçt” zərərdən mənfəətə keçdi

“Azərpoçt” MMC 2022-ci ili 4 milyon 336 min manat mənfəətlə başa vurub. 2021-ci ildə isə “Azərpoçt” 5 milyon 439 min manat zərər etmişdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azərpoçt”un  poçt xidmətlərindən gəlirləri 13% artaraq 20 milyon 355 min manat, maliyyə xidmətlərindən gəlirləri 2 dəfə artaraq 23 milyon 250 min manat, digər xidmətlərdən gəlirləri isə 11% artaraq 11 milyon 280 min manat təşkil edib.

2022-ci ildə şirkətin əməliyyat xərcləri 26 milyon 494 min manat, ümumi və inzibati xərcləri 23 milyon 258 min manat, köhnələmə və amortizasiya xərcləri 4 milyon 585 min manat olub.

zp1 zp2

Son xəbərlər
Digər xəbərlər