13 C
Baku
Monday, March 10, 2025

“Azərpoçt”a ötən il beynəlxalq pul köçürmələri vasitəsilə 314 mln. manat daxil olub

2024-cü ildə beynəlxalq pul köçürmələri vasitəsilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərpoçt” MMC-nin poçt şöbələrinə 314,14 milyon manat vəsait daxil olub.

Bu barədə şirkətdən bildirilib.

Hesabat dövründə “Azərpoçt”dan analoji sistemlər vasitəsilə xarici ölkələrə 122,64 milyon manat köçürülüb.

Ötən il ölkə üzrə daxilolmaların 20,6 %-i yəni 346,17 milyon manatı, ölkədaxili və ölkəxarici hesab açmadan köçürmələr üzrə isə 38,5 %-i yəni 203,7 milyon manatı “Azərpoçt”un payına düşüb.

Daxilolmaların əsas hissəsi (178 milyon manata yaxın) Rusiyadan olub. Növbəti yerləri 58,45 milyon manatla Türkiyə, 16,7 milyon manatla Gürcüstan, 13,44 milyon manatla İraq və 7 milyon manatla ABŞ tutub.

Azərbaycandan köçürmələr üzrə isə 47,83 milyon manatla Türkiyə birinci olub. İlk beşlikdə həmçinin 31,1 milyon manatla Gürcüstan, 20 milyon manatla Rusiya, 4,51 milyon manatla Qazaxıstan və 3,23 milyon manatla Ukrayna qərarlaşıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər