Ölkənin yeganə poçt operatoru olan “Azərpoçt” MMC-də yüksək vəzifə verilib.
Banker.az xəbər verir ki, Ramil Hacıbalayev dövlət şirkətinin Audit Komitəsinin sədri seçilib.
O, hazırda paralel olaraq 2021-ci ilin iyunundan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin daxili departamentində çalışır.
R.Hacıbalayev bundan öncə “Evsen Holding”, “Rabitəbank”, “Dəmir Bank” və ABB (Azərbaycan Beynəlxalq Bankı) kimi şirkətlərdə çalışıb.