“Azərpoçt”da yeni təyinat

“Azərpoçt” MMC-nin Hüquq Departamentinin direktoru vəzifəsinə təyinat olub.

Banker.az-ın məlumatına görə, Orxan Qurbanov “Azərpoçt” MMC-də Hüquq Departamentinin direktoru vəzifəsinə təyin edilib.

O, 2022-ci ilin yanvarından bu təyinata kimi “Azərpoçt”un Hüquq şöbəsinin rəisi kimi çalışıb.

Orxan Qurbanov 2005–2009-cu illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb.

Son xəbərlər
Digər xəbərlər