2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin cəmi aktivləri təxminən 24% artaraq bu il yanvarıb 1-nə 774 milyon manata çatıb.
Bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, ötən il poçt operatoru 4.6 milyon manat xalis gəlir əldə edib.
Şirkət ölkə daxilində 1.4 milyon bağlama çatdırıb ki, bu da ilin əvvəlində qoyulan hədəfdən 271% çoxdur.