Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin baş direktoruna yeni müavilər təyin olunub.
Bu vəzifələrə Nazim Süleymanov və Əfqan Cəlilov təyin edilib.
Qeyd edək ki, Əfqan Cəlilov 2016-2020-ci illlərdə “AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Nazim Süleymanov 2019-ci ildən Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini işləyib.
Bununla da “Azərpoçt” MMC-də müavinlərin sayı 5-ə çatıb.