Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin idarəetmə forması dəyişib.
Qurumda Baş direktor və onun müavini vəzifələri ləğv edilib.
Əvəzində İdarə Heyətinin (İH) sədri və üzvü vəzifələri yaradılıb.
Beləliklə, Əfqan Cəlilov “Azərpoçt”un İH-nin sədri, Sübhan Kazımov, Nazim Süleymanov, Xəyyam Əli-zadə və İsi Mustafayev isə İH-nin üzvləri təyin ediliblər.
Dövlət şirkətindən cavab olaraq faktı təsdiq ediblər. Bildirilib ki, yeni idarəetmə forması korporativ idarəetmə sisteminə keçidlə bağlıdır və proses davam edəcək.