8 C
Baku
Monday, November 18, 2024

“Azərpoçt”un inkassatoru barədə cinayət işi başlayıb

“Azərpoçt”un inkassatoru şirkətin 10 min manata yaxın vəsaitini mənimsəyib.

Banker az. xəbər verir ki, bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, “Azərpoçt”un Yevlax Regional Filialının əməkdaşı tərəfindən MMC-ə məxsus pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla qeyd edilən filialda sürücü-inkassator işləyən Tural Məmmədovun MMC-dən iltizamnamə əsasında lotereya biletləri götürüb satmaqla əldə etdiyi 9 min 400 manat məbləğində pul vəsaitini cəmiyyətə ödəməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla Tural Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

Son xəbərlər
Digər xəbərlər