7 C
Baku
Friday, February 7, 2025

“Azərpoçt”un Laçın, Cəbrayıl və Əsgəranda poçt şöbələri açılacaq

“Azərpoçt”un ölkə üzrə 20 regional poçt filialı və 688 poçt şöbəsi fəaliyyət göstərir.

Bunu “Azərpoçt”un 2024-cü ilin yekunlarına dair brifinqində qurum sədrinin vəzifələrini icra edən İsi Mustafayev deyib.

O bildirib ki, qurumun Bakıda 4 poçt filialı və 135 şöbəsi, işğaldan azad olunmuş regionlarımızda isə 11 poçt filialı, 28 poçt şöbəsi mövcuddur.

İ.Mustafayev qeyd edib ki, bu ildən Füzuli şəhərində MiDA kompleksinin ərazisində poçt şöbəsi fəaliyyətə başlayıb:

“Yanvar ayında Şuşada poçt şöbəsi istifadəyə verilib. Növbəti mərhələdə Laçın, Cəbrayıl, Əsgəranda poçt şöbələri fəaliyyətə başlayacaq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər