Azərbaycan Milli poçt şəbəkəsinin operatoru “Azərpoçt” MMC-nin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, poçt şəbəkəsinin operatorunun kapitalı 13 219 manat, yaxud 0.02% artırılıb.
Bununla da, “Azərpoçt”un nizamnamə kapitalı 73 357 719 manata çatdırılıb.
Azərpoçt 1999-cu ildə şirkət kimi təsis edilib və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindədir. Şirkətə sabiq bank sədri Əfqan Cəlilov rəhbərlik edir.
Hazırda bu xidmətəri həyata keçirir:
- Kiçik paketlərın qəbulu və göndərilməsi;
- Dövrü mətbuata abunə və satış;
- Banderolların qəbulu və göndərilməsi;
- Sürətli poçt xidməti;
- Teleqraf rabitəsi xidməti;
- Xüsusi təyinatlı poçt rabitəsi xidməti;
- Poçt ödənişi nişanlarının satışı;
- Məktubların qəbulu və göndərilməsi;
- Bağlamaların qəbulu və göndərilməsi.