16 C
Baku
Monday, November 17, 2025

“Azərpoçt”un rəhbərliyinə yeni təyinat olub

“Azərpoçt” MMC-nin baş direktoruna daha bir müavin təyin olunub.

APA xəbər verir ki, Hacı Hacıyev bu vəzifəyə təyinat alıb və bununla da baş direktorun müavinlərinin sayı üçə çatıb.

Qeyd edək ki, H.Hacıyev vəzifəsinin icrasına iyulun 5-dən başlayıb.

Bundan başqa, Asif Əliyev “Azərpoçt” MMC-yə yeni baş mühasib təyin olunub. A.Əliyev vəzifəsinin icrasına 8 iyul tarixindən başlayıb.

Son xəbərlər
Digər xəbərlər