6 C
Baku
Thursday, December 5, 2024

“Azərpoçt”un yığılmış zərəri 22 milyon manata çatıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 2020-ci ili 7,747 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 2,721 milyon manat xalis mənfəətlə çıxmışdı.

Bununla da, şirkətin yığılmış zərəri 54,6% artaraq 21,935 milyon manata çatıb.

2020-ci ildə “Azərpoçt”un poçt xidmətlərindən gəlirləri 18,344 milyon manat (2019-cu illə müqayisədə 15,8% çox), maliyyə xidmətlərindən gəlirləri 13,915 milyon manat (0,2% az), digər xidmətlərdən gəlirləri 8,888 milyon manat (5,9% az), əməliyyat xərcləri 25,68 milyon manat (20,6% çox), ümumi və inzibati xərcləri 19,122 milyon manat (15,8% çox), köhnələmə və amortizasiya xərcləri 5,835 milyon manat (13,8% az), digər əməliyyat gəlirləri 1,628 milyon manat (46,3% az), maliyyə xərcləri 56 min manat (8% az), maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərlərinin geri qaytarılmasından gəlirlər 4 min manat (1 il bundan əvvəl zərər olub), xarici valyutadan gəlirləri 17 min manat (1 il bundan əvvəl zərər olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 149 min manat (1 il bundan əvvəl vergi ödəyib) təşkil edib.

2021-ci il yanvarın 1-nə “Azərpoçt”un aktivləri 155,321 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 18,3% azalaraq 103,855 milyon manata, balans kapitalı isə 13,1% azalaraq 51,466 milyon manata düşüb.

Xatırladaq ki, “Azərpoçt” kommersiya qurumu kimi 2009-cu ildə eyni adlı dövlət müəssisəsinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,345 milyon manatdır. Şirkət ölkənin milli poçt operatorudur.

Son xəbərlər
Digər xəbərlər