23 C
Baku
Monday, September 16, 2024

“Azərpoçt”un zərərlə işlədiyi etiraf edildi – Bunu onun sədri deyir

“Azərpoçt” 2020-ci ili 8 milyon manata yaxın zərərlə başa vurmuşdu. Daha dəqiq desək, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının nəticələrinə əsasən bu rəqəm 7.746.681 manat təşkil edirdi. Amma 2021-ci ildə bu göstərici 3.4 milyona qədər gerilədi.

Banker.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.

Sədr qeyd edib ki, 2022-ci ilin yanvar – aprel aylarının nəticələri göstərir ki, “Azərpoçt” 366 min manat mənfəət əldə edib. Lakin keçən ilin müvafiq dövründə MMC 1.4 milyon manat zərərdə idi. İlin sonuna kimi rəqəmlərin daha da yüksələcəyi gözlənilir.

Qeyd edək ki, “Azərpoçt” 2021-ci ilin hesabatlarını açıqlamayıb.

 

Son xəbərlər
Digər xəbərlər