18 iyul 2022-ci il saat 15.00-da “Azərrabitəinşaat” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı Bakı, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 10/61 nömrəli ünvanda keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlərə aşağıdakılar daxildir:
1. Cəmiyyətin uzunmüddətli fəaliyyətsizliyi nəticəsində fərdi səhmdarlara (kommunal xidmət ödənişləri,mühafizə xidməti ödənişləri,əmlak,torpaq, vergi və sair ödənişləri həyata keçirən səhmdar) dəymiş ziyanın ödənilməsi məsələsinin müzakirəsi.
2. Səhmdarların problemlərinin və təkliflərinin müzakirəsi.