“Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı yenidən artırılıb.
Banker.az xəbər verir ki, “Azərşəkər” MMC nizamnamə kapitalını 72 280 000 manatdan 85 780 000 manata qaldırıb.
Belə ki, “Azərşəkər”in nizamnamə kapitalı 13 500 000 manat artırılmış olub.
Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Anar Mehdiyev Rəsul oğludur.