17 C
Baku
Wednesday, October 29, 2025

“Azərşəkər”ə əlavə 13 milyon manat maya qoyuldu

“Azərşəkər” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 13 070 280  manat artırılıb.

Bununla da şirkətin kapitalı 169 521 324.5 manatdan 182591604.5 manata yüksəldilib.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və pambıq istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax, Şəmkir və İmişlidə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Nəsib İslamzadə Malik oğludur.

Son xəbərlər
Digər xəbərlər