“Azərşəkər” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 19 245 000 manat artırılıb.
Bununla da şirkətin kapitalı 123 795 000 manatdan 143 040 000 manata yüksəldilib.
Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Anar Mehdiyev Rəsul oğludur.