“Azərşəkər” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 2 500 000 manat artırılıb.
Bununla da şirkətin kapitalı 157 280 324.50 manatdan 159 780 324.50 manata yüksəldilib.
Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və pambıq istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax, Şəmkir və İmişlidə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Nəsib İslamzadə Malik oğludur.