17 C
Baku
Wednesday, April 23, 2025

“Azərşəkər”ə əlavə 7.4 milyon manat maya qoyuldu

“Azərşəkər” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 7 442 024.50 manat artırılıb.

Bununla da şirkətin kapitalı 1 43 040 000manatdan 150 482 024.50manata yüksəldilib.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Anar Mehdiyev Rəsul oğludur.

Son xəbərlər
Digər xəbərlər