“Azərşəkər” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 6 798 300 manat artırılıb.
Bununla da şirkətin kapitalı 150 482 024.50 manatdan 157 280 324.50 manata yüksəldilib.
Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Anar Mehdiyev Rəsul oğludur.