10 C
Baku
Saturday, November 23, 2024

“Azərşəkər”ə yenidən maya qoyuldu

“Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı yenidən artırılıb.

Banker.az xəbər verir ki, “Azərşəkər” MMC nizamnamə kapitalını 67 830 000 manatdan 67 880 000 manata qaldırıb.

Belə ki, “Azərşəkər”in nizamnamə kapitalı 50 000 manat artırılmış olub.

Məlumat üçün bildirək ki, bundan bir qədər əvvəl şirkətin nizamnamə kapitalı 64 930 000 manatdan 67 830 000 manata qaldırılmışdır.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Anar Mehdiyev Rəsul oğludur.

Son xəbərlər
Digər xəbərlər