12 C
Baku
Saturday, November 23, 2024

“Azərşəkər” qanunvericiliyi pozub, cərimələnir

“Azərşəkər” MMC-yə mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə inzibati cərimə yazılıb.

Banker.az xəbər verir ki, protokola Nəsimi Rayon Məhkəməsində baxılacaq və işə baxan hakim Anar İbadzadədir.

Qeyd edək ki, protokol İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə) maddəsi ilə tərtib edilib.

Vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər