25 C
Baku
Tuesday, September 17, 2024

“Azərşəkər”in İdarə Heyətinə təyinat

Cavid Abdullayev “Azərşəkər” MMC-nin İdarə Heyətinin üzvü təyin olunub.

Banker.az bunu şirkətə istinadən xəbər verir.

İdarə Heyətinin üzvü vəzifəsi ilə paralel Baş Maliyyə İnzibatçısı vəzifələrinə təyin olunan Cavid Abdullayev  bundan öncə “PricewaterhouseCoopers”, “PAŞA İnşaat”, “Synergy Group”, “Netframe MMC” şirkətlərində maliyyə, audit və ümumi idarəetmə istiqamətlərində çalışıb.

Qeyd edək ki, bundan öncəki xəbərimizdə Nəsib İslamzadə Azərşəkər MMC-nin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı məlumat yaymışdıq.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. Hazırda şirkətin 114 354 500 manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər