29 C
Baku
Thursday, August 21, 2025

“Azərşəkər”in nizamnamə kapitalı 10 milyon manata yaxın artırılıb

“Azərşəkər” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 9 741 000 manat artırılıb.

Bununla da şirkətin kapitalı 159 780 324.50 manatdan 169 521 324.5 manata yüksəldilib.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və pambıq istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax, Şəmkir və İmişlidə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Nəsib İslamzadə Malik oğludur.

Son xəbərlər
Digər xəbərlər