10 C
Baku
Saturday, November 23, 2024

“Azərşəkər”in nizamnamə kapitalı 65 milyon manata çatdırılıb

“Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 2022-ci ildə üçüncü dəfə artırılıb və ilin ikinci yarısına 65 milyon manat kapitalla start verib. İlin əvvəlindən isə ona 18.73 mln. manat həcmində kapital qoyulub.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Belə ki, “Azərşəkər” MMC nizamnamə kapitalını 56 400 000 manatdan 64 930 000 manata qaldırıb.

Bununla da onun son əməliyyatda nizamnamə kapitalı 8 530 000 manat, yaxud 15.1% artırılmış olub.

2021-ci ilin yanvarında bu şirkətin nizamnamə kapitalı 900 000 manat (2.75%) artırılmaqla 33 600 000 manata, martında isə 8 550 000 manat (25.4%) artırılmaqla 42 150 000 manata, avqustunda 1 800 000 manat (4.27%) artırılmaqla 43 950 000 manata, oktyabrında 2 250 000 manat (5%) artırılmaqla 46 200 000 manata, 2022-ci ilin yanvarında 4 600 000 manat (10%) artırılmaqla 50 800 000 manata və martında isə 5 600 000 manat (11%) artırılmaqla 56 400 000 manata çatdırılmışdır.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir.

Ölkədə yerli arpa istehsal edərək böyük pivə istehsalçılarına ötürəcək.

Məsələn, “Carlsberg Azerbaijan” və “AzərŞəkər” şirkətləri arpanın lokallaşdırılması üzrə pilot layihəsinə 2019-cu ildə start veriblər. Laborator tədqiqatlara əsaslanaraq 2020-ci ildə əkin sahələri artırılıb. 2021-ci ildə yetişdirilmiş yerli arpadan pivə istehsalına başlanılıb. Bu 2021-ci ilin yanvar-iyul ayları ərzində şirkət tərəfindən istehsala 2.5 milyon manat investisiya yatırılıb. 2022-ci ildən başlayaraq istehsal prosesində bütövlükdə yerli arpadan istifadə olunması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər