33 C
Baku
Saturday, July 6, 2024

“Azərsığorta” daha bir neçə filialını bağlayacaq

Şirkətin xidmət göstərən 79 filialı mövcuddur

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti (“Azərsığorta”) cari ilin sonunadək daha bir neçə filialın fəaliyyətini dayandıracaq. Bu barədə şirkətin sədri Məmməd Məmmədov Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibəsində bildirib.

“Şirkətin İdarə Heyətinin müvafiq qərarları ilə iqtisadi cəhətdən səmərəli olmadığına görə Sumqayıt şəhəri, Naftalan şəhəri, Zərdab rayon və 2 saylı Bakı şəhər filiallarının fəaliyyəti dayandırılıb. Cari ilin sonunadək iqtisadi cəhətdən səmərəli olmayan bir neçə filialın fəaliyyətinin dayandırılması nəzərdə tutulub.” – deyə, sədr qeyd edib.

Qeyd edək ki, təməli 1921-ci ildə qoyulan şirkətin respublikanın bütün rayon və şəhərlərində hüquqi və fiziki şəxslərə 28 könüllü, 8 icbari sığorta növü üzrə xidmət göstərən 79 filialı mövcuddur.

Report

Son xəbərlər
Digər xəbərlər