11 C
Baku
Monday, November 25, 2024

“Azərsığorta” icbari avtosığorta satışını dayandırıb

“Azərsığorta” (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti) şirkəti ötən gündən etibarən avtomobillərin icbari sığortası üzrə satışları dayandırıb.

Bu barədə sığorta agentləri bildiriblər: “Hazırda icbari avtomobil sığortasının satışı həyata keçirilmir. Satışın nə vaxt bərpa olunacağı dəqiq məlum deyil”.

Qeyd edilib ki, dövlət sığorta şirkətinin icbari avtosığorta üzrə elektron sisteminə giriş tamamilə bloklanıb. Heç bir satış həyata keçirmək mümkün deyil.

“Bildirilib ki, məsələ ilə bağlı bu gün sığorta şirkətinin qərarı açıqlanacaq. Sığorta şirkətinin təşilati hüquqi formasının dəyişib ASC olacağı gözlənilir”- sığorta agenləti əlavə edib.

Məsələ ilə bağlı “APA-Economics”in sorğusuna cavab olaraq “Azərsığorta”dan bildirib ki, rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, oktyabrın 31-də rəsmi açıqlanan maliyyə hesabatına əsasən sığorta şirkəti 2022-ci ili 9 milyon manata yaxın kapital çatışmazlığı ilə bitirib. Ötən dövrdə sığorta şirkətinə əlavə kapital yatırılması ilə bağlı hər hansı bir məlumat açıqlanmayıb. Sığorta şirkəti İnvestisiya Holdiqinin nəzarətində olan dövlət şirkətlərindən biridir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər