Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 2021-ci ili 14 milyon 295 min manat zərərlə başa vurub. 2020-ci ildə isə sığorta şirkəti 1 milyon 919 min manat mənfəət etmişdir.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ AZALIB
Ötən il “Azərsığorta”nın gəlirləri 59 milyon 120 min manat (illik müqayisədə 28% az), xərcləri isə 73 milyon 414 min manat (8.4% az) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
2021-ci ildə “Azərsığorta”nın yığdığı sığorta haqları 54 milyon 93 min manat, sığorta ödənişləri isə 59 milyon 730 min manat təşkil edib.
Xatırladaq ki, “Azərsığorta” 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır.