Dövlət Sığorta Kommersiya Şirkəti məhkəməyə verilib.
Banker.az xəbər verir ki, iddiaya səbəb Sığorta müqaviləsi üzrə mübahisələrdir – sığorta ödənişinin ödənilməsi tələbidir.
İddiaçı Ağacanov Elçin Füzuli oğludur. İşə Nəsimi Rayon Məhkəməsində baxılır. Hakim Ramin Xəlilovdur.
Xatırladaq ki, “Azərsığorta” 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır.