10 C
Baku
Thursday, December 12, 2024

“Azərsığorta” şirkəti “qırmızı zonaya” düşüb – Yığım az, ödənişlər çox

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) ödənişləri sığorta premiyalarını üstələyib.

Bu barədə Banker.az icmal göstəricilərinə istinad edir.

Dövlətə məxsus sığortaçı “Azərsığorta” 2022-ci ilin ilk beş ayı ərzində 4 milyon 308 min manatlıq sığorta haqqı yığıb, bu isə bu sığorta şirkəti üçün olduqca aşağı nəticədir.

Beləliklə, 2021-ci ilin eyni dövründən 90% aşağı göstəricidir.

Hesabat dövründə onun sığorta ödənişlərinin həcmi 10 milyon 410 min manatlıq ödəniş həyata keçirib, illik müqayisədə 70%-lik azalma qeydə alınıb. Bu da ölkədə sığorta şirkətlərinin bu göstəricilərinə xas olmayan fərq ortaya çıxıb. Belə ki, sığortaçının sığorta haqları ilə sığorta ödənişləri arasında mənfi 6 milyon 102 min manatlıq  fərq yaranıb. Bu da onun maliyyə nəticələrinə təsir edə biləcək amildir.

Ötən ilin mayından “Azərsığorta” verilmiş bəzi sığorta növləri ilə məşğul olmaq səlahiyyəti alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə verilmişdi.

Həmin səlahiyyətlərə müvafiq olaraq sığorta növləri üzrə daxil olan və sığorta ehtiyatlarına cəlb edilən sığorta haqlarının istifadəsi səlahiyyətləri isə Dövlət Sosial Müdafiə Fonduna verildi.

Qəbul olunmuş normativ aktlara əsasən aşağıdakı sığorta növləri üzrə sığortalama və sığorta ödənişi vermək səlahiyyətləri 1 yanvar 2022-ci ildən nazirliyə həvalə edilir:

– hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası;

– məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası;

– deputatın həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası;

– Azərbaycan Respublikasının xarici ölkə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası.

Qeyd edək ki, 2022-ci il yanvar 1-dən sonra da Azərsığorta şirkəti könüllü sığorta növləri və müvafiq icazələri olan aşağıdakı icbari növlər üzrə fəaliyyətini davam etdirəcək.

– icbari avtomobil sığortası;

– daşınmaz əmlakın icbari sığortası;

– daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası;

– auditorun peşə məsuliyyətinin icbari sığortası.

Son xəbərlər
Digər xəbərlər