13 C
Baku
Saturday, November 23, 2024

Azərsığortanın hansı səlahiyyətləri alındı?

Azərbaycan Respublikası Prezidentinin 18.05.21-ci il tarixli müvafiq normativ aktları ilə yalnız Dövlət Sığorta Kommersiya Şirkətinə (Azərsığorta) verilmiş bəzi sığorta növləri ilə məşğul olmaq səlahiyyəti alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə verildi. Həmin səlahiyyətlərə müvafiq olaraq sığorta növləri üzrə daxil olan və sığorta ehtiyatlarına cəlb edilən sığorta haqlarının istifadəsi səlahiyyətləri isə Dövlət Sosial Müdafiə Fonduna verildi.

Qəbul olunmuş normativ aktlara əsasən aşağıdakı sığorta növləri üzrə sığortalama və sığorta ödənişi vermək səlahiyyətləri 1 yanvar 2022-ci ildən nazirliyə həvalə ediləcək.

– hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası

– məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası

– deputatın həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası

– Azərbaycan Respublikasının xarici ölkə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası

Qeyd edək ki, 2022-ci il yanvar 1-dən sonra da Azərsığorta şirkəti könüllü sığorta növləri və müvafiq icazələri olan aşağıdakı icbari növlər üzrə fəaliyyətini davam etdirəcək.

– icbari avtomobil sığortası

– daşınmaz əmlakın icbari sığortası

– daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

– auditorun peşə məsuliyyətinin icbari sığortası

 

“İnsurance Consalting Service” MMC-nin direktoru

Aqil Nuriyev

 

Son xəbərlər
Digər xəbərlər