18 C
Baku
Friday, November 14, 2025

“Azərsilah”ın Şirvandakı zavodunda partlayış olub, bir nəfər ölüb – RƏSMİ

Bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.

Bu barədə Müdafiə Sənayesi Nazirliyinin saytında məlumat yerləşdirilib.

Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Son xəbərlər
Digər xəbərlər