“Azərsu” ASC “Protean Construction” MMC ilə 9 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Regionlarda kənd yaşayış məntəqələrində su təchizatı sisteminin tikintisi” layihəsi çərçivəsində “Şabran, Gədəbəy və Şəmkir rayonlarının bir sıra kəndlərinin içməli su təminatının yaxşılaşdırılması” işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 9 119 847 manatdır.