6 C
Baku
Saturday, December 14, 2024

“Azərsu ASC” dəyəri 2 milyon manat olan müqavilə imzalayıb

“Azərsu” ASC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən aerasiya stansiyasındakı çatışmazlıqların aradan qaldırılması, lazımi mal və materialların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Banker.az”a bu barədə vahid dövlət satınalmaları portalından məlumat verilib.

Bildirilib ki, “Azelmaş” elmi-texniki firması ilə Hövsan Aerasiya stansiyasında çatışmazlıqların aradan qaldırılması üçün görüləcək işlərin və mal-materialların satın alınması haqqında 2 milyon 128 min 699 manat dəyərində müqavilə bağlanıb.

Qeyd edək ki, “AzELMAŞ” Elmi Texniki Firması 1993-cü ilin noyabr ayında təsis edilmişdir. Müəssisə mexanika mühəndisliyi üzrə ixtisaslaşaraq, müxtəlif təyinatlı mexaniki, elektrik, hidravliki intiqallı qurğu və avadanlıqların layihələndirilməsi, hazırlanması, quraşdırılması işlərini həyata keçirir.

 

 

Son xəbərlər
Digər xəbərlər