“Azərsu” ASC “Real-İnşaat MMC və Arikan İnşaat Taahhüt Ve Sanayi Anonim Şirketi” birgə müəssisəsi ilə 7.4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Binə qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 7 440 537 manatdır.