“Azərsu” ASC İsrail şirkəti olan “Mekorot Water Campany” LTD ilə 3 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə texniki-iqtisadi əsaslandırma və layihə tapşırığının hazırlanması, layihənin icrası ilə bağlı digər məsləhət xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2.839.000 manatdır.